Haqqımızda

«Salam Aleykum»da alkoqollu içkilərin olmamağı restoranımızın çatışmazlığı deyil, üstünlüyüdür. Bir çoxları, sözsüz, bu iddiaya heyrətlənəcək, lakin burada məhz alkoqollu içkilərin olmamağı sayəsində yaxın dostlar, qohumlar və tanışlar görüşdən xüsusi sevinclə ayrılacaqlar. Biz onların bu sevincini alkoqol sərxoşluğuna dəyişmirik. Buna görə də ziyarətçilərimizin keçirdikləri bütün emosiyalar həqiqi və səmimidir. «Salam Aleykum» halal, sağlam və dadlı qida təklif edən restorandır, çünki qonaqlarımız bizim üçün qiymətlidir.

Restoranımızda hökm sürən sehrə toxunmaq və ya onu bir daha hiss etmək istəyirsiniz? - Biz yeni və daimi qonaqlarımızı görməyə hər zaman şadıq. Sizə xeyir, sülh və dadlı qida diləyirik!